İsrail və Livan arasında atəşkəs razılaşmasının 58-ci günündə rəsmi Təl-Əviv atəşkəs rejimini 633 dəfə pozub.
Bakıvaxtı.az bu barədə NNA-ya istinadla xəbər verir.
Məlumatda bildirilib ki, İsrail tərəfi Hizbullah təhlükəsi ilə mübarizə apardığını əsas gətirərək xüsusilə Livanın cənub bölgələrində yaşayış məntəqələri və evlərə hücumlar təşkil etdiyini bildirib.
Atəşkəsin pozulması nəticəsində 38 nəfər həyatını itirib, 45 nəfər isə yaralanıb.
Əli Hüseynov