• Bakı C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.77

    RUB - 1.7128

Sosial mediaya giriş bloklanır - Bu ölkədə

DÜNYA

23 Yanvar 2025 | 14:49

Sosial mediaya giriş bloklanır - Bu ölkədə

Cənubi Sudan hökuməti internet provayderlərinə sosial media platformalarına girişi maksimum üç ay müddətinə bloklamağı tapşırıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, ölkənin telekommunikasiya tənzimləyicisi olan Milli Rabitə Qurumunun internet provayderlərinə göndərdiyi məktub yerli mediada dərc olunub.

“Orqan bu əmrlə bütün internet xidməti provayderlərinə 22 yanvar 2025-ci il gecə yarısından başlayaraq 90 gündən çox olmayan müddətə bütün sosial media hesablarına girişin bloklanmasını tapşırır”,- məlumatda qeyd edilib.

Qeyd edək ki, bu qərarın verilməyində səbəb bu ayın 16-da Cənubi Sudanda baş verən kütləvi talama və zorakılıq hadisələri olub.

Əli Hüseynov


SON XƏBƏRLƏR