• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

BMT: Ukrayna iqtisadiyyatının bərpası üçün 486 milyard dollar lazımdır

CƏMİYYƏT

15 Fevral 2024 | 15:54

BMT: Ukrayna iqtisadiyyatının bərpası üçün 486 milyard dollar lazımdır

Ukrayna iqtisadiyyatının iki illik müharibədən sonra sağalması üçün 486 milyard dollara ehtiyac olduğu açıqlanıb.

Bakıvaxtı.az "TRT haber"ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT), Dünya Bankı, Avropa Komissiyası və Ukrayna hökumətinin hazırladığı hesabatda Rusiya müharibəsi nəticəsində Ukrayna iqtisadiyyatına dəyən zərərin təxminləri yer alıb.

Ukraynanın müharibə səbəbindən birbaşa olaraq 152 milyard dollar zərər çəkdiyini göstərən hesabata görə, hökumətin tikinti və bərpa kimi prioritet vəzifələr üçün bu il 15 milyard dollara ehtiyacı olacaq.

Hesabatda ölkə iqtisadiyyatının dirçəlməsi üçün yaxın 10 ildə 486 milyard dollara ehtiyac olduğu və bu vəsaitin 17 faizinin mənzil tikintisinə, 15 faizinin nəqliyyata, 14 faizinin ticarət və sənayeyə, 12 faizinin kənd təsərrüfatına, 10 faizinin enerjiyə xərclənəcəyi bildirilir. 

Müharibənin ən çox zərər çəkdiyi sahələrin mənzil və sosial xidmətlər, nəqliyyat, ticarət, sənaye, energetika və kənd təsərrüfatı olduğu qeyd edilən hesabatda ən çox ziyan çəkən bölgələrin Kiyev, Donbas, Xerson və Zaporojya olduğuna diqqət çəkilib.

Ukraynanın baş naziri Denis Şmıqal hesabata daxil etdiyi bəyanatda ölkəsinə əsas maliyyə yardımının Qərb ölkələrində dondurulmuş Rusiya aktivləri olmalı olduğunu deyib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026