• Bakı 8° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

110 mindən çox abituriyent ərizəsini təsdiqlədi

CƏMİYYƏT

16 Mart 2024 | 13:06

110 mindən çox abituriyent ərizəsini təsdiqlədi

Ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) qəbul olmaq istəyən 115 min 245 abituriyent ərizə verib.

Bununla bağlı Bakıvaxtı.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, abituriyentlərdən 110 min 354 nəfər ali təhsil müəssisələrinə, 96 min 667 nəfər kolleclərə (11 illik) qəbul olmaq üçün müraciət edib.

Ali təhsil müəssisələrinə ərizə verən abituriyentlərin 100 min 259 nəfəri Azərbaycan bölməsi üzrə, 10 min 095 nəfəri rus bölməsi üzrə sənəd verib.

Orta ixtisas təhsili müəssisələrinə (11 illik) sənəd verənlərin 89 min 858 nəfəri Azərbaycan bölməsi, 6 min 809 nəfəri isə rus bölməsi üzrə müraciət edib.

Qeyd edək ki, ali təhsilin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu martın 15-i saat 23:59-da başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026