Cümə günü 92,18 dollara qədər bahalaşan Brent markalı neftin barel qiyməti günü 90,45 dollarla başa vurub.
Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, “Brent” markalı neftin bir barelinin qiyməti bu gün 09,28-də bağlanış vaxtı ilə müqayisədə 0,58 faiz azalaraq 89,92 dollar olub.
Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 85,17 dollara satılıb.
İran və İsrail arasında gərginliyi azaltmaq üçün artan diplomatik səylər qiymətlərin enməsində təsirli olub.
İranın İsrailə qarşı cavab hücumu ərəfəsində cümə günü oktyabr ayından bəri ən yüksək səviyyəsinə çatan neft qiymətləri regionda gərginliyin aradan qaldırılması səyləri nəticəsində tədarükün azaldılması ilə bağlı narahatlıqlar səbəbilə ucuzlaşıb.
Bildirilir ki, texniki olaraq Brent markalı neftin 90,27-90,37 dollar arası diapazonu müqavimət, 90,04-89,91 dollar arası isə dəstək sahəsi kimi baxıla bilər.
Ay Tac
















