"Gürcüstanın məqsədi Rusiya ilə münaqişənin sülh yolu ilə nizamlanması və ərazi bütövlüyünün bərpasıdır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT Nazirlər Şurasının Vyanada keçirilən 32-ci iclasında çıxışı zamanı bildirib.
"Gürcüstanın sülh siyasəti işğalın sona çatmasından və işğal nəticəsində bölünən cəmiyyətin birləşdirilməsindən ibarətdir", - Boçorişvili qeyd edib.
“Biz tərəfdaşlarımıza Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəyişməz dəstəyə görə minnətdarıq. Rusiya-Gürcüstan münaqişəsinin sülh yolu ilə həllinin ATƏT-in və digər beynəlxalq təşkilatların gündəliyində vacib yer tutması önəmlidir”, - Boçorişvili əlavə edib.
XİN başçısı vurğulayıb ki, Rusiyanın Ukraynaya təcavüzü hər hansı bir “kollektiv təhlükəsizlik çətiri” ilə müdafiə olunmayan Gürcüstanın üzləşdiyi təhdidləri daha da kəskinləşdirib:
“Bu kontekstdə sabitlik bizim təhlükəsizliyimizin təminatı üçün son dərəcə vacibdir”.
Bakı 



