• Bakı 25° C

    1.74 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Boğazda qıcıqlanma nəyin əlamətidir? - Aradan qaldırmağın ASAN YOLU

CƏMİYYƏT

01 Noyabr 2023 | 10:37

Boğazda qıcıqlanma nəyin əlamətidir? - Aradan qaldırmağın ASAN YOLU

Bəzən boğazımızda nəsə var və keçməyəcək kimi hiss edilən qaşınma olur. Boğazda qıcığın müxtəlif səbəblərdən yarana bilər.

Bakıvaxtı.az tibb saytların istinadla bildirir ki, indi qıcıq hissini aradan qaldırmaq həmişəkindən daha asandır. Belə ki, boğazda qıcıqlanma, qaşınmanı sadə və təbii üsulla aradan qaldırmaü olar.

Mütəxəssislərə görə, öskürək, qaşınma, yanma və boğaz ağrısı kimi yan təsirlərlə ortaya çıxan qıcıqlanmanın səbəbləri şağıdakılardır:

Boğazda infeksiyalar

Polenlər, heyvan tükləri və daxili toz kimi zərərli maddələrə allergik reaksiya

Badamcıqlarda iltihab

Mədədə reflü kimi pozğunluqlar nəticəsində boğazda turşu artımı

Uzun müddət danışmaq və qışqırmaq kimi səs tellərini yoran fəaliyyətlər

Çirklənmiş havaya məruz qalma

Qeyri-kafi su istehlakı

Boğazda şiş meydana gəlməsi.

Müxtəlif səbəblərdən yarana bilən qıcıqlanmanı təbiətin möcüzəvi qarışıqlarından birini sınayaraq da aradan qaldırmaq olar.

Qıcıqlanmanı aradan qaldıran qara bibər, bal və limon qarışığı:

Özbaşına sağlamlıq anbarı olan limon, bal, qara bibər kimi qidalar birləşdirildikdə bədəndəki iltihab kimi problemləri aradan qaldırmaq çox asan olur. Antibakterial xüsusiyyətlər təqdim edən bal və qara bibərin limonla birləşməsi qıcıq hissini dərhal aradan qaldıracaq.

Bu üsuldan istifadə etmək üçün 1 çay qaşığı balın üzərinə az miqdarda qara bibər səpin, bir neçə damcı limon sıxıb yeyin. Qıcıqlanma hissinin qısa müddətdə yox olduğunu görəcəksiniz.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR