• Bakı 7° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Vosmoy" bazarı bağlanır? - RƏSMİ

CƏMİYYƏT

01 Dekabr 2023 | 10:27

"Vosmoy" bazarı bağlanır? - RƏSMİ

Bakının Nizami rayonunda yerləşən “8-ci km Ticarət Mərkəzi” fəaliyyətini davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev deyib.

Onun sözlərinə görə, bazarın bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

İ.Mehdiyev bildirib ki, sadəcə olaraq “8-ci km Ticarət Mərkəzi”nin adı dəyişir  və buna görə də bazar bundan sonra “8-ci km Ticarət Mərkəzi” adı altında fəaliyyət göstərməyəcək.

“Bazar bundan sonra yeni adla fəaliyyət göstərəcək və hazırda yeni adı ilə bağlı məsələlər müzakirə olunur”, - İ.Mehdiyev əlavə edib.

Xatırladaq ki, ötən gün Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində "8-ci km Ticarət Mərkəzi" MMC-nin ləğv olunduğu ilə bağlı elan yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR