• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Antibiotik istifadə edərkən nələrə diqqət etməliyik?

CƏMİYYƏT

01 Dekabr 2023 | 10:31

Antibiotik istifadə edərkən nələrə diqqət etməliyik?

"Antibiotik istifadə edərkən bağırsaq florasının pozulması ishala səbəb ola bilər".

Bakıvaxtı.az-ın məlumatına görə, bunu əczaçı Əmir Bengisu Keçeci deyib.

Antibiotiklərin bakterial yoluxucu xəstəliklərin müalicəsində istifadə edilən dərmanlar olduğunu və insan sağlamlığı üçün böyük əhəmiyyət kəsb etdiyini bildirən əczaçı antibiotiklərdən şüurlu istifadəyə diqqət çəkib. Onun sözlərinə görə, antibiotiklər soyuqdəymə və ya qrip kimi virusların yaratdığı infeksiyalara qarşı təsirli deyil. Belə hallarda istifadə edilməməlidir. Yalnız bakteriyaların yaratdığı yoluxucu xəstəliklərdə istifadə edilməlidir: “Antibiotik istifadə etdikdən sonra xəstələrdə balanslaşdırılmış bağırsaq florasının pozulması nəticəsində ishal yarana bilər. Probiotiklər zədələnmiş mikrobiomu bərpa etmək və qorumaq üçün vacib bir vasitədir. Buna görə də probiyotiklərdən istifadə etməyi məsləhət görürük”.

Ə.Keçeci bildirib ki, antibiotiklər yalnız lazım olduqda, düzgün seçilmiş dərmanlarla, uyğun doza və müddətdə istifadə edilməlidir: “Antibiotiklərin düzgün istifadə edilməməsi bakteriyaların davamlı olmasına səbəb olur. Antibiotik müqaviməti təbii olaraq yaranır, lakin antibiotiklərdən yanlış istifadə edən insanlar prosesi sürətləndirir”.

Antibiotiklər xəstələrin yaş, hamiləlik və allergiya kimi xüsusi şərtləri, həmçinin məlum xroniki xəstəlikləri nəzərə alınmaqla seçilməlidir: “Ona görə də, başqa xəstə üçün tövsiyə olunan antibiotiki özünüz üçün istifadə etməməlisiniz. Siz yalnız həkiminizin təyin etdiyi və əczaçınızın təsvir etdiyi antibiotiklərdən istifadə etməlisiniz. Gəlin, dərmanlardan rasional istifadə etməklə mikroblara qarşı müqavimətin qarşısını alaq”.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026