Ukraynadakı vəziyyətlə əlaqədar Avropaya gələn qaçqınların sayı 5 milyona çata bilər.
Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozef Borrell deyib.
“Hazırda Ukraynadan AB-yə gələn qaçqınların sayı 1,5 milyonu ötüb. Bu rəqəmlər sürətlə artır. Onların sayı təxminən 5 milyona çata bilər”,- o bildirib.
















