Ukrayna ordusunun yenidən nəzarətə aldığı Borodyankanın son görüntüləri yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, kadrları “Anadolu” Agentliyi təqdim edib.
Görüntülərdə yerlə yeksan olmuş şəhərdə dağılmış, yanmış binalar, əzilmiş maşınlar, dağılmış infrastruktur və bunların fonunda uşaqlar, göz yaşlarına boğulan sakinlər əks olunub.



































