Niderlandın Rotterdam şəhəri yaxınlığında silahlı şəxsin atəş açması nəticəsində bir neçə nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhər yaxınlığındakı fermalardan birində baş verib.
Yaralananların dəqiq sayı və sağlamlıq vəziyyəti barədə məlumat verilməyib.
Qeyd olunur ki, atəş açan şəxs polis tərəfindən saxlanılıb. Hadisə yeri əhatəyə alınıb, araşdırma aparılır.
















