• Bakı 20° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Pentaqon sözçüsü Çini təkzib etdi

DÜNYA

06 May 2022 | 15:47 | Müəllif: Qalib İbrahimoğlu

Pentaqon sözçüsü Çini təkzib etdi

ABŞ müdafiə naziri Lloyd Ostinin aprelin 20-də çinli həmkarı ilə telefon danışığında “Çin prinsiplərinə sadiq olduqlarını” deməyib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi deyib.

C.Kirbi danışıqlar zamanı bəzi xətaların olduğunu vurğulayıb. "Xüsusən, Çin Müdafiə Nazirliyi iki nazir arasında keçirilən görüşlə bağlı bəyanat yayıb və yanlış olaraq ABŞ-ın tək Çin prinsipinə sadiq qaldığını iddia edib. Nazir bunu deməyib. Bunun əvəzinə nazir Ostin Tayvan Münasibətləri Aktında və altı təminatda sadalandığı kimi, ABŞ-ın tək Çin siyasətinə sadiq qaldığını açıq şəkildə ifadə edib”.

Kribi iki bəyanat arasındakı fərqin nə olduğuna toxunmayıb, lakin Tayvanı dəstəkləməyə davam edəcəklərini və bölgədəki status-kvonun hərbi yolla dəyişdirilməsinə qarşı çıxacaqlarını söyləyib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026