• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Qərbdən Putinə daha bir ZƏRBƏ - Qızları hədəfdədir

DÜNYA

06 Aprel 2022 | 17:16 | Müəllif: Qalib İbrahimoğlu

Qərbdən Putinə daha bir ZƏRBƏ - Qızları hədəfdədir

Ukraynanın Buça qəsəbəsində 410 mülki şəxsin cəsədi tapıldıqdan sonra ABŞ prezidenti Co Bayden, NATO-nun baş katibi Yens Stoltenberq və bir çox Avropa liderləri Rusiyaya qarşı sanksiyaların artacağını Avropa İttifaqı dünən Rusiyaya qarşı tətbiq edəcəyi beşinci sanksiyalar paketini açıqlayıb.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, Vladimir Putini cəzalandırmaq üçün sanksiyaların sərtləşdirilməsi ilə razılaşan Aİ liderləri yeni sanksiya siyahısı ilə Rusiya liderinin yaxın çevrəsinə zərbnə vurmağı planlaşdırır. Belə ki, Putinin iki qızının da Aİ-nin rus oliqarxlarına və siyasətçilərinə qarşı sanksiyalar siyahısına daxil ediləcəyi gözlənilir.

Britaniyanın “Teleqraf” qəzetinin yazdığına görə, yeni sanksiyalar dedikdə şəxsi həyatları haqqında çox az şey bilinən 35 yaşlı Katerina Tixonova və 36 yaşlı Mariya Vorontsovanın sərvətinin dondurulması və səyahət qadağaları nəzərdə tutulur.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026