• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Pilotlar sərnişinləri unudaraq uçublar

DÜNYA

06 May 2022 | 13:55 | Müəllif: Subhan Mahmudov

Pilotlar sərnişinləri unudaraq uçublar

İspaniyada bir qrup sərnişin təyyarə onlarsız havaya qalxarkən təəccüb içində qalıb.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, aviaşirkət bunda pilotların günahı olmadığını bildirib.

14 nəfər sərnişin "Ryanair"ə məxsus təyyarədə Malyorkadan uça bilməyib. Onlar uçuş üçün qeydiyyatdan keçib və minməyi gözləyiblər, lakin onları təyyarəyə aparmalı olan avtobusa minə bilməyiblər, növbəti servis avtobusu isə arxalarınca gəlməyib.

Nəticədə təyyarə sərnişinləri yerdə qoyaraq havaya qalxıb. Hava limanında qalanlar arasında müalicə üçün uçmalı olan onkoloji xəstə Susana Guerrero da var. Qadının sözlərinə görə, o, nə edəcəyini və hara gedəcəyini bilməyib.

"Ryanair"in sözçüsü bildirib ki, çaşqınlıq servislərin işinə nəzarət edən dispetçerin günahı ucbatından yaranıb. Unudulmuş sərnişinlərə yemək kuponu verilib və onlar daha sonrakı reyslə uça biliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026