Bu gün Kiyev şəhəri raket zərbəsinə məruz qalıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Kiyev şəhər meri Vitali Kliçko “Telegram”-da paylaşım edib.
Ukrayna paytaxtının Darnitsk və Dneprovsk rayonlarında partlayış səsləri eşidilib. Vitali Kliçko 1 nəfərin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyini bildirib.
















