• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kalininqradın adının dəyişdirilməsi təklif olundu

DÜNYA

05 Iyul 2022 | 06:00 | Müəllif: Subhan Mahmudov

Kalininqradın adının dəyişdirilməsi təklif olundu

Dövlət Dumasının deputatı, "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının rəhbəri Sergey Mironov Kalininqrad vilayətinin adının dəyişdirilməsi barədə təklif verib.

Bakıvaxtı.az teleqraf.com-a istinadən bildirir ki, siyasətçi Kalininqrad şəhərinə Vladibaltiysk, Kalininqrad vilayətinə isə Baltikyanı ərazi adının verilməsini təklif edib.

"Bu addan dərhal aydın olur ki, söhbət vətənimizin ucqar qərb sərhəddində, Sakit okeandan Baltikə qədər uzanan forpostdan gedir", - Dövlət Dumasının deputatı deyib.

Kalininqrad vilayətinin səlahiyyətliləri buna cavab olaraq bildirdilər ki, hazırda bölgənin adının dəyişdirilməsi ilə bağlı müzakirələr yersizdir və vilayət mərkəzi artıq layiqli bir ada malikdir.

Xatırladaq ki, bu il iyunun 8-də Litva Avropa İttifaqının sanksiyalarına məruz qalan bir sıra malların Kalininqrada tranzitini dayandırıb.

76 il əvvəl, 1946-cı il iyulun 4-də Köniqsberq vilayətinin adı dəyişdirilərək Kalininqrad adlandırılıb. Baltik respublikalarının əhatəsində anklav kimi qalan Rusiya Federasiyasının Kalininqrad vilayətinin mərkəzi olan Köniqsberq şəhəri Almaniyanın Şərqi Prussiya əyalətinin mərkəzi olub. 1945-ci il Potsdam konfransının qərarı ilə SSRİ-yə verilib və sonra Kalininqrad adlandırılıb. Sovet İttifaqı dağıldıqdan sonra bütün şəhərlərin əski adları qaytarılsa da, Köniqsberqin adı nə şəhərə, nə də vilayətə qaytarlıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026