“Estoniyada ikinci xarici dil kimi rus dilinin üstünlük təşkil etməsi normal deyil".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə bildirən Estoniyanın təhsil naziri Tonis Lukas rus dilindən ikinci xarici dil kimi imtina edilməsi təklifi ilə çıxış edib.
Onun sözlərinə görə, məktəblər valideynlərin istəklərinə cavab verməli və həll yollarını özləri tapmalıdırlar.
"Dilin özünün heç bir günahı yoxdur, biz dilə qarşı deyilik. Sadəcə olaraq, seçim daha geniş olmalıdır”, - deyə nazir vurğulayıb.
Bununla belə, Lukas əlavə edib ki, bütün Estoniya məktəbləri üçün fransız və ya alman dili müəllimləri tapmaq çətin olacaq.
Mənbə: iz.ru
















