• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

BMT rəsmisi İrəvanda: Mirzoyan erməni terrorçuları istədi

DÜNYA

03 Sentyabr 2022 | 00:43 | Müəllif: Subhan Mahmudov

BMT rəsmisi İrəvanda: Mirzoyan erməni terrorçuları istədi

BMT Baş katibinin yardımçısı Mirolav Ença İrəvanda səfərdədir.

Bakıvaxtı.z xəbər verir ki, o, Ermənistan XİN başçısı Ararat Mirzoyanla görüşüb.

Görüş zamanı həmsöhbətlər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

Erməni nazir artıq həll olunmuş Qarabağı münaqişəsini yenidən “danışıqlar masasına” qaytarmaq istiqamətində növbəti cəhd göstərib. Bildirib ki, Qarabağ “münaqişəsi” beynəlxalq birliyin “vasitəçilik mandatı”na malik yeganə formatı - ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində hərtərəfli və uzunmüddətli həllini tapmalıdır.

O, həmçinin Bakıda saxlanılan erməni terrorçuların geri qaytarılması istəyib.(axar.as)

Bundan əlavə, BMT rəsmisi Ermənistanın Türkiyə ilə danışıqlardakı təmsilçi Ruben Rubinyanla da görüşüb.

Tərəflər Ermənistan-Türkiyə münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026