• Bakı 22° C

    4.19 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Misirdə məktəbdə uçqun - ölən və yaralananlar var

DÜNYA

03 Oktyabr 2022 | 00:34 | Müəllif: Subhan Mahmudov

Misirdə məktəbdə uçqun - ölən və yaralananlar var

Bazar günü Misir Ərəb Respublikasının paytaxtı Qahirənin cənub ətrafı - Kerdasa qəsəbəsində (Giza əyaləti) qızların təhsil aldığı ibtidai məktəb binasında baş vermiş uçqun nəticəsində bir şagird həlak olub.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə prokurorluğun məlumatında deyilir.

Hadisə zamanı həmçinin daha 15 şagirdin yaralandığı bildirilir.

Hadisə tənəffüs zamanı şagirdlər pilləkənlərlə sinif otağına gedərkən baş verib. Ehtimala görə, konstruksiya məktəblilərin ağırlığına dözməyib və pilləkənlərin beton dayağı dağılıb.

Baş prokuror araşdırma aparılması barədə göstəriş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR