• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İran Rusiyaya Xəzər vasitəsilə 200-dən çox PUA göndərəcək

DÜNYA

01 Noyabr 2022 | 22:22 | Müəllif: Subhan Mahmudov

İran Rusiyaya Xəzər vasitəsilə 200-dən çox PUA göndərəcək

Noyabrın əvvəlində İran Rusiya Federasiyasına 200-dən çox "Şahed-136", "Mohajer-6" və "Arash-2" döyüş PUA-ları göndərməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

"Məlumdur ki, PUA-lar Xəzər dənizi vasitəsilə Həştərxan limanına çatdırılacaq. Pilotsuz uçuş aparatları sökülmüş vəziyyətdə gətiriləcək. Gələcəkdə onlar Rusiya Federasiyasının ərazisində yığılacaq və Rusiya işarələri ilə yenidən rənglənəcək", - deyə idarədən bildirilib.

Hesabatda qeyd olunub ki, sentyabrın 13-də rusiyalı hərbçilər İranın kamikadze dronlarını Ukraynaya qarşı ilk dəfə istifadə etdikdən sonra Ukrayna Müdafiə Qüvvələri 300-dən çox belə PUA-nı vurub.

Bundan əlavə, İranın Rusiyaya yüksək dəqiqlikli raketlər, eləcə də gülləkeçirməz jiletlər verəcəyi barədə də məlumatlar var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026