• Bakı 14° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Ukraynadakı münaqişənin həlli üçün..." - Makron

DÜNYA

01 Dekabr 2022 | 20:30 | Müəllif: Subhan Mahmudov

“Ukraynadakı münaqişənin həlli üçün..." - Makron

Ukrayna böhranının həlli üçün danışıqlar hələ də mümkündür və sülh müqaviləsi münaqişənin hər iki tərəfinə uyğun olmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Fransa Prezidenti Emmanuel Makron ABC telekanalına müsahibəsində bildirib.

“Danışıqlar masasına qayıdıb nəyisə razılaşdırmaq mümkündürmü? Məncə, bu, hələ də mümkündür”, - o deyib.

“Yaxşı sülh başqaları tərəfindən Ukraynaya veriləcək sülh deyil. Yaxşı sülh orta və uzunmüddətli perspektivdə tərəflərdən birinin imtina edəcəyi sülh deyil”, - E.Makron əlavə edib.

Qeyd edək ki, Fransanın dövlət başçısı bu gündən ABŞ-da dövlət səfərindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026