Yeni Zelandiya 2023-cü ili qarşılayan ilk ölkələrdən biri olub.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Yeni Zelandiya ilə yanaşı, Samoa və Tonqa da 2023-cü ilə qədəm qoyub.
Ölkədə ən çox əhalinin sıxlaşdığı məkan olan Oklandın simvolik qülləsi “SkyCity” də 3500-dən çox atəşfəşanlıq həyata keçirilib.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar ötən il şəhərdə atəşfəşanlıq baş tutmayıb.
















