• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Koronavirus peyvəndinin yan təsirləri ilə bağlı qərar: 253 nəfər...

DÜNYA

30 Yanvar 2023 | 15:19

Koronavirus peyvəndinin yan təsirləri ilə bağlı qərar: 253 nəfər...

Almaniyada koronavirus peyvəndinin ciddi fəsadları ilə üzləşmiş 253 nəfərə dövlət təzminat ödəyəcək.

Bakıvaxtı.az “Welt am Sonntag” qəzetinə istonadən xəbər verir ki, sözügedən rəqəmə ştatların müvafiq bölmələrində aparılan araşdırmalar nəticəsində nail olunub.

Qeyd olunur ki, əhalinin sayına görə ən böyük əyalət olan Bavariyada 61, Şimali Reyn-Vestfaliyada isə 38 təzminat ərizəsinin bəyənildiyi, Bremendə isə heç bir təzminat iddiası qəbul edilməyib. Məlumata görə, hazırda 3968 təzminat ərizəsi icraata götürülüb, 1808-i isə rədd edilib.

Robert Koç İnstitutunun məlumatlarına görə, 2023-cü il yanvarın 1-dək 192 milyon koronavirus peyvəndi tətbiq edilib; 65 milyon insan ən azı bir dəfə peyvənd olunub.

Ürək əzələlərinin iltihabı, venoz sinus trombozu, barmaqlarda və biləklərdə qıcıqlanma kimi özünü göstərən sinir sistemi xəstəliyi olan Guillan-Barre Sindromu koronavirus peyvəndinin ciddi yan təsirlərindən hesab olunur.

Qeyd edək ki, Almaniya Federal Sağlamlıq Təhsili Mərkəzi "uzunmüddətli sağlamlıq problemləri və ya iqtisadi sıxıntıya səbəb olan" çox ciddi peyvənd fəsadları üçün dövlət dəstəyi tələbini təsdiqləyir.

Səhhətinin nə qədər pis olmasından asılı olaraq, bu dəstəyə pensiyanın, müalicə xərclərinin ödənilməsi və ya peyvənd zamanı ağırlaşmalar nəticəsində dünyasını dəyişən insanların yaxınlarına dəstək verilməsi daxildir.

Ay Tac


SON XƏBƏRLƏR

18 Mart 2024