• Bakı C

    11.95 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Küçələrdəki sidik qoxusuna çarə axtarışı - FOTO

DÜNYA

30 Yanvar 2023 | 13:48

Küçələrdəki sidik qoxusuna çarə axtarışı - FOTO

İngiltərənin paytaxtı Londonun məşhur Soho bölgəsi uzun müddətdir ki, küçələrdə sidik qoxusundan şikayətlənir. Səlahiyyətlilər küçədəki bu problemə son qoymaq üçün əraziləri xüsusi spreylə əhatə edir.

Bakıvaxtı.az xəbər verir ki, Londonun gecə həyatı ilə məşhur olan, eyni zamanda çoxlarının məskunlaşdığı varlı Soho rayonu küçələrdə sidik qoxusu problemini həll etmək üçün yeni üsullar sınayır.

Divarı örtən bu xüsusi sprey boya ilə səthdə bir növ “qovucu təbəqə” əmələ gəlir ki, bu da səthə dəyən mayeni geri sıçradır. Bu üsul, künclərdə təsadüfi ehtiyaclarını qarşılayanlar üçün belə bir davranışdan qaçmağı hədəfləyir.

Westminster Şəhər Şurası bu təşəbbüsü Sohoda yaşayan 3000-ə yaxın sakin, işçi və obyeklərin şikayətindən sonra başladıb.

Ərazidəki yerli məclis üzvləri də AFP-yə bildiriblər ki, sakinlər səhərlər evlərindən çıxarkən “sadəcə sidik iyi gəlir”.

Westminster Şəhər Şurasından bildirilib ki, Almaniyada daha əvvəl sınaqdan keçirilmiş sprey Sohoda 10 fərqli küncdə istifadə ediləcək.

Qeyd edək ki, dünyanın bir çox şəhərində, xüsusilə gecə həyatının olduğu yerlərdə gec saatlara qədər satıla bilən və ya spirtli içki satışının mümkün olduğu yerlərdə çöldə sidiyə ehtiyacın aradan qaldırılması problem olaraq qalır.

Ay Tac


SON XƏBƏRLƏR

18 Mart 2024