"Bilin ki, bu millət inşallah, mayın 14-də lazım olanı edəcək".
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının qrup iclasında bildirib.
Ərdoğan deyib ki, bəziləri üçün danışmaq asandır: “Onlar sadəcə danışır, kamera arxasına keçir. Çünki onlar məsuliyyət daşımırlar".
“Soruşulması lazım olan hüquqi, inzibati və siyasi hesabları soruşmaq bizim borcumuzdur" deyən prezident qeyd edib ki, nöqsanları söyləmək, halal istəmək səmimiyyətin, millətə olan sevginin ifadəsidir.
Murad Məmmədli
















