Hindistanın İndor şəhərində yerləşən məbəddə bədbəxt hadisə baş verib.
Bakıvaxtı.az xəbər verir ki, məbəddəki quyunun qapağı onun üstünə çıxan möminlərin çəkisinə tab gətirməyib və onlar ora yıxılıb.
Nəticədə 35 nəfər həyatını itirib, bir nəfər itkin düşmüş hesab olunur.
Hazırda itkinin axtarışları davam etdirilir.
















