• Bakı 17° C

    5.07 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Lavrovdan Abdullahiyana hörmətsizlik - VİDEO

DÜNYA

31 Mart 2023 | 12:31

Lavrovdan Abdullahiyana hörmətsizlik - VİDEO

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın martın 29-u Rusiyada səfəri qalmaqalsız ötüşməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran mediasında məlumat və görüntülər dərc olunub. Bildirilib ki, Abdullahian Rusiya XİN rəhbərinin onu qarşılaması üçün Xarici İşlər Nazirliyinin binası qarşısında öz avtomobilində gözləyib, lakin Sergey Lavrov onu qarşılamayıb.

İranlı nazir XİN binasına daxil olduqdan sonra isə Lavrov kameralar qarşısında ona “Görünür, siz avtomobildən enmək istəmirdiniz?!” deyə bildirib. Abdullahian qarşılığında “Mən gözləyirdim” cavabını verib. Bu zaman Lavrov kinayəli şəkildə “Nə gözləyirdiniz?” deyə soruşub, o isə susub.

Lavrovun həmkarını aşağılaması iranlı istifadəçiləri qəzəbləndirib. Bundan sonra İran XİN-in sözçüsü Nasser Kənani məsələyə münasibət bildirib: “Təbii ki, nümayəndə heyətinin rəhbəri bir neçə dəqiqə avtomobilin içərisində qalıb və onu müşayiət edən digər əsas üzvləri gözləyib. Moskvanın yağışlı havasında həmkarı da qəbul yerində ölkəmizin xarici işlər nazirini gözləyirdi”.


SON XƏBƏRLƏR

18 Aprel 2024