• Bakı 19° C

    5.15 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Deputatlar Zelenskini boykot etdilər

DÜNYA

31 Mart 2023 | 12:11

Deputatlar Zelenskini boykot etdilər

Ukrayna prezidenti Vladimir Zelenski Avstriya Federal Məclisi qarşısında videokonfrans vasitəsilə çıxış edib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, çıxış zamanı müxalifət partiya olan Avstriya Azadlıq Partiyasının (FPÖ) deputatları sessiyanı tərk ediblər.

FPÖ sözçüsü Kristian Hafenecker bildirib ki, müharibədə olan bir ölkənin prezidentinin bu şəkildə danışması daimi bitərəfliyin açıq şəkildə pozulmasıdır.

Zelenskinin parlamentdəki çıxışının "qərəzsizlik" prinsipinə zidd olduğunu bildirən Hafeneckerin sözlərinə görə, videokonfrans nitqi heç bir halda Milli Şuranın iclasının bir hissəsi deyil.

"Bu hadisə mübahisəlidir. İctimai yayım üçün belə hərtərəfli açıqlama tələbi yoxdur, xüsusən də bunun konstitusiyada təsbit olunmuş daimi qərəzsizliyə zidd olduğunu nəzərə alsaq”.

Zelenskinin çıxışına etiraz edən ifrat sağçılar parlamentdəki yerlərində sülh və neytrallıq qeyd edən pankartlar asıblar.

Ukrayna liderinin çıxışından sonra söz alan avstriyalı deputatlar da ifrat sağçı partiyanın mövqeyinə reaksiya verərək bildiriblər ki, FPÖ bu mövqeyi ilə Rusiyanın dostu olduğunu bir daha nümayiş etdirdi və atılan addımlar Moskvanın tələbi ilə həyata keçirili.

Ay Tac


SON XƏBƏRLƏR

23 Aprel 2024