• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Putin məni raketlə vurmaqla hədələdi - Boris Conson

DÜNYA

30 Yanvar 2023 | 13:24

Putin məni raketlə vurmaqla hədələdi - Boris Conson

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson (2019-2022) Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən öncə Prezident Vladimir Putinlə telefon danışığının təfərrüatlarını açıqlayıb.

Bakıvaxtı.az azərtac-a istinadla xəbər verir ki, “The Telegraph” və “Daily Mail” qəzetlərində dərc olunan məqalədə Rusiya Prezidentinin Boris Consonu qorxutmaq istədiyi vurğulanıb.

Böyük Britaniya baş nazirinin Ukraynaya hücum etməmək barədə xəbərdarlığına Vladimir Putinin cavabı belə olub: “Boris, siz Ukraynanın yaxın zamanlarda NATO-nun üzvü olmayacağını deyirsiniz. Burada hansı zamandan söhbət gedir?” Boris Consonun cavabı belə olub: “Ukrayna yaxın gələcəkdə alyansa üzv olmayacaq. Siz bunu çox yaxşı bilirsiniz”.

Nazirlər Kabinetinin sabiq başçısı Rusiya prezidenti ilə telefon danışığında Ukraynaya qarşı təcavüzün fəlakətə səbəb olacağını, Qərb sanksiyaları və NATO-nun Rusiya sərhədlərində cəmlənməsi ilə nəticələnəcəyini, Londonun isə Kiyevə dəstək verəcəyini deyib: “O (Putin) məni hədələməyə başladı və dedi - Boris mən sənə zərər vurmaq istəmirəm, lakin bu məsələ raketlərin köməyi ilə dəqiqələr ərzində həll olunacaq”.

Conson Putinlə telefon söhbətinin təfərrüatlarını ilk seriyası bu gün axşam saatlarında BBC telekanalında yayımlanacaq “Putin Qərbə qarşı” (Putin vs the West) üçseriyalı sənədli filmində açıqlayıb.

Həmin telefon danışığı 2022-ci il fevralın 2-də Boris Consonun Ukraynaya səfərindən sonra baş tutub. Kremlin mətbuat xidmətinin məlumatına görə, Vladimir Putin telefon danışığında NATO-nun Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı narahatlığına adekvat reaksiya verməyə hazır olmadığını deyib.


SON XƏBƏRLƏR

18 Mart 2024