• Bakı C

    11.53 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

İsrail mülki şəxslərin silah daşımasını asanlaşdırır

DÜNYA

30 Yanvar 2023 | 14:50

İsrail mülki şəxslərin silah daşımasını asanlaşdırır

İsrail cümə günü Qüdsdə yeddi israillini öldürən bir fələstinlinin ailəsinin evini sökmək məqsədi ilə bağlayıb. Bu, İsrail hökumətinin hücumu törədən fələstinlilərin ailələrini cəzalandırmaq üzrə daha geniş planının bir hissəsidir.

Bakıvaxtı.az xarici mətbuata isrinadla xəbər verir ki, digər tərəfdən, İsrail hökuməti də öz vətəndaşlarının odlu silah gəzdirmək üçün icazə almasını asanlaşdırmağı planlaşdırır.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib ki, mülki insanlar silahları olduqda özlərini müdafiə edə bilərlər.

Hökumət cinayətkarların qohumlarının evlərinin sökülməsi, sosial müavinətlərinin ləğvi və ya deportasiya variantlarını da nəzərdən keçirir.

Qeyd edək ki, insan haqları təşkilatları planı tənqid edərək bunun "kollektiv cəza" olduğunu bildirir.

Ay Tac


SON XƏBƏRLƏR

18 Mart 2024