• Bakı 14° C

    5.58 m/s

  • USD - 1.7

    EUR - 1.859

    RUB - 0.0176

Ukrayna səfiri İran XİN-ə çağırıldı

DÜNYA

30 Yanvar 2023 | 14:03

Ukrayna səfiri İran XİN-ə çağırıldı

Ukraynanın Tehrandakı səfiri Sergey Burdilyam İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyakın İsfahanda Müdafiə Nazirliyinin emalatxana kompleksinə hücumda iştirakı ilə bağlı eyhamından sonra Ukraynanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyə çağırılıb.

İran XİN Podolyak tərəfindən irəli sürülən iddialar barədə izahat tələb edib.

Qeyd edək ki, Ukrayna prezidentinin müşaviri Twitter-də şəxsi səhifəsində yazı dərc edərək, Kiyevin İsfahandakı hücumda iştirakı ilə bağlı eyham vurmuşdu.

Ukrayna rəsmilərindən heç biri hələ ki, Podolyakın bəyanatlarını təkzib və ya təsdiq etməyib./apa

 


SON XƏBƏRLƏR

13 Oktyabr 2024
12 Oktyabr 2024