• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Blinken İsraildə səfərdədir

DÜNYA

30 Yanvar 2023 | 17:22

Blinken İsraildə səfərdədir

ABŞ dövlət katibi Entoni Blinken yanvarın 30-da İsrailə səfərə gedib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Kan” dövlət radiostansiyası məlumat yayıb.

Yerusəlimdə ABŞ dövlət katibi İsrailin Baş naziri Benyamin Netanyahu, daha sonra yəhudi dövlətinin Prezidenti İsxak Hersoqla görüşəcək.

Bu görüşlərin əsas mövzusunun Fələstin-İsrail münaqişəsinin həlli yollarının tapılması olacağı gözlənilir.

Xatırladaq ki, E.Blinken Yaxın Şərq ölkələrinə səfər turuna çıxıb. Onun səfəri yanvarın 29-dan 31-dək davam edəcək. O, İsraildən sonra İordan çayının qərb sahilinə səfər etməyi və Fələstin lideri Mahmud Abbasla görüşməyi planlaşdırır.


SON XƏBƏRLƏR

18 Mart 2024