• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

KTMT müdafiə nazirləri Minskdə toplanır

DÜNYA

01 Mart 2023 | 14:21

KTMT müdafiə nazirləri Minskdə toplanır

Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdafiə nazirlərinin görüşü keçiriləcək.

Bakıvaxtı.az "BelTa"ya istinadən xəbər verir ki, bu barədə Belarusun müdafiə naziri Viktor Xrenin KTMT dövlətlərinin silahlı qüvvələrinin beynəlxalq hərbi əməkdaşlıq bölmələrinin rəhbərlərinin işçi görüşü zamanı deyib.

Onun sözlərinə görə, müdafiə nazirlərinin görüşü mayın 25-də baş tutacaq.

Müdafiə naziri qeyd edib ki, bugünkü görüşdə iştirak edənlərin hər biri qurum formatında əməkdaşlığın vəziyyəti və inkişaf perspektivləri ilə bağlı fikirlərini səsləndirəcək. "Bu, bizə yeni çağırışlar və təhdidlər nəzərə alınmaqla, gələcək inkişafa və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş ümumi konsepsiya hazırlamağa imkan verəcək", - o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026