• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qatar qəzasından sağ çıxanlar: “Kabus kimi 10 saniyə”

DÜNYA

01 Mart 2023 | 17:00

Qatar qəzasından sağ çıxanlar: “Kabus kimi 10 saniyə”

Xəbər verdiyimiz kimi, Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarı toqquşub. Qəzada ölənlərin sayı 36-ya keçib, 85 nəfər isə yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, sağ qalanlar o dəhşətli anları belə danışıblar.

Tessali Regional Qubernatoru Konstantinos Aqorastos gecə yarısına az qalmış Tempe qəsəbəsində iki qatarın toqquşduğunu bildirib: "Toqquşma çox şiddətli olub. Sərnişin qatarının ilk dörd vaqonu relsdən çıxıb. Vaqonlardan ikisi tanınmaz hala gəlib".

Toqquşmadan sonra 194 sərnişinin xilas edilərək Salonikiyə aparıldığı açıqlanıb. Ölkədə 3 günlük matəm elan edilib.

Qatardan xilas edilən digər sərnişin isə çox böyük panika yaşadıqlarını deyib: "Vaqonda olanların hamısı qışqırırdı. 10-15 saniyə sarsıldıq, şüşələri sındırdılar, yan tərəfə söykəndik, kabellər asıldı və yanğın başladı”.

28 yaşlı sərnişin Stergios Minenis belə deyib: "Böyük partlayış səsi eşitdik. Vaqon yuvarlandı və yana əyildi. Çaxnaşma yarandı. Dərhal yanğın başladı. 10-15 saniyəlik xaos yarandı, insanlar qışqırırdılar”.

Yunanıstan dövlət televiziyasına danışan bir xilasedici qrupların bütün gecəni işlədiyini deyib: "İnsanları dağıntılar altından çıxarırıq. Yaralılar və ölülər var. Bir faciə yaşayırıq".

Könüllülərdən biri AFP agentliyinə "Həyatımda belə bir şey görməmişdim. Bu, böyük faciəvidir. Toqquşmadan xeyli keçib və biz hələ də insanların cansız cəsədlərini tapırıq" deyib.

Ay Tac


Qatar qəzasından sağ çıxanlar: “Kabus kimi 10 saniyə”Qatar qəzasından sağ çıxanlar: “Kabus kimi 10 saniyə”
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026