• Bakı 15° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.8055

    RUB - 0.018

İsveç Baş naziri finlandiyalı həmkarını təbrik etdi

DÜNYA

31 Mart 2023 | 14:28

İsveç Baş naziri finlandiyalı həmkarını təbrik etdi

İsveç Baş naziri Ulf Kristersson Finlandiyanın NATO-ya üzvlüyünün alyansın bütün üzvləri tərəfindən ratifikasiya edilməsi münasibətilə finlandiyalı həmkarı Sanna Marini və Prezident Sauli Niinistönü təbrik edib.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə İsveç Baş nazirinin Ofisinin "Twitter" hesabında qeyd olunub.

"İndi bütün NATO ölkələri tərəfindən ratifikasiya olunmuş Finlandiyaya, Prezident Sauli Niinistönü və Baş nazir Sanna Marinə ən səmimi təbriklərimi çatdırıram. NATO və qonşuluğumuz indi daha da güclənir", - o qeyd edib.

Xatırladaq ki, ötən ilin mayında İsveç və Finlandiya NATO-ya üzvlük üçün eyni vaxtda müraciət edib. Finlandiyanın üzvlüklə bağlı müraciəti sonuncu iki ölkə Macarıstan və Türkiyə tərəfindən ratifikasiya olunsa da, İsveçin NATO-ya üzvlüyü hələ ki bu ölkələr tərəfindən təsdiqlənməyib.


SON XƏBƏRLƏR

17 Aprel 2024