• Bakı 22° C

    4.23 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

ABŞ-da helikopter qəzası: 9 əsgər öldü

DÜNYA

31 Mart 2023 | 16:37

ABŞ-da helikopter qəzası: 9 əsgər öldü

ABŞ-ın Kentukki ştatında 2 hərbi helikopter qəzaya uğrayıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, helikopterlərdə olan 9 əsgər hadisə nəticəsində həlak olub.

Hadisəni şərh edən 101-ci Hava Desant Diviziyasının briqada generalı Con Lubas bildirib ki, helikopterlərdən birində 5, digərində isə 4 əsgər olub.

“İtkilərimizə baxmayaraq, bizim bəxtimiz gətirdi. Çünki onlar yaşayış massivinin qarşısındakı açıq əraziyə enə bildilər, şükürlər olsun ki, təyyarənin qəzaya uğraması nəticəsində başqa tələfat və ya xəsarət alan olmayıb” - deyə Lubas bildirib.

Qəza ilə bağlı araşdırmalar davam edir.

Nuranə


SON XƏBƏRLƏR

18 Aprel 2024