• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Ərdoğanın sözçüsü müsahibəni yarıda kəsdi - VİDEO

DÜNYA

01 Dekabr 2022 | 19:35 | Müəllif: Subhan Mahmudov

Ərdoğanın sözçüsü müsahibəni yarıda kəsdi - VİDEO

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri İbrahim Kalın İsveç dövlət televiziyasının (SVT) müxbirinin təxribatçı suallarına görə müsahibəni yarımçıq dayandırıb.

Bakıvaxtı.az xəbər verir ki, müxbirin “Türkiyənin mafiya cənnəti” olub-olmaması ilə bağlı sualına Kalın kəskin reaksiya verib.

“Türkiyənin bu, və ya digər formada bu kimi insanlara cənnət təmin etdiyinə eyham vurursunuzsa, onları qorduğunu nəzərdə tutursunuzsa, yanılırsınız, bu iddialar tamamən yersiz və əsassızdır. Eyni məsələ kokain və narkotik qaçaqmalçılığına da aiddir. Burada həqiqət yoxdur. Haradadır? Bütün ölkəni qorxunc şeydə ittiham etdiniz. Suallarınız gülüncdür. Bu, PKK və FETÖ danışığıdır. Bu kimi hərəkətlərlə gözümüzü qorxuda bilməzsiniz”, - deyə Kalın jurnalistə sərt cavab verərək müsahibəni dayandırmağı xahiş edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026