• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ərdoğanın sədrliyi ilə MTŞ-nin iclası keçirildi

DÜNYA

01 Dekabr 2022 | 21:56 | Müəllif: Subhan Mahmudov

Ərdoğanın sədrliyi ilə MTŞ-nin iclası keçirildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, iclas 3 saat 10 dəqiqə davam edib.

İclasda Türkiyənin suveren haqlarını qoruyacağı, terror qruplarının varlığına və fəaliyyətinə qətiyyən icazə verilməyəcəyi vurğulanıb.

Həmçinin terrorizmə qarşı uğurla icra edilən əməliyyatlar barədə Şuraya məlumat verilib.

Bundan əlavə, Yunanıstanın qeyri-hərbi statusdakı adaları silahlandırması ilə bağlı addımlarına son qoyulmasının vacibliyi bir daha qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026