Əfqanıstanda siyasi hakimiyyətdə olan “Taliban” hərəkatı ictimai asayişin mühafizəsi üçün qadınlardan ibarət çevik polis alayı yaradıb.
Bakıvaxtı.az xəbər verir ki, artıq polisdə xidmət edəcək xanımlara uniforma, üzlük, qalxan, dəbilqələr paylanılıb.
Qeyd olunur ki, qadın polislər əsasən paytaxt Kabildə həmcinslərinin keçirdiyi aksiyaları dağıtmaqda iştirak edəcəklər.
















