Avropa İttifaqının Rusiyadakı səfiri Markus Ederer istefa verib.
Bakıvaxtı.az xəbər verir ki, diplomat bu barədə özü məlumat yayıb. Ederer bildirib ki, onun bu vəzifədə sonuncu iş günü avqustun 31-i olub.
Xatırladaq ki, bundan əvvəl Ederer ruslara Şengen vizalarının verilməsinə qadağanın Ukraynadakı hərbi münaqişəyə son qoymağa kömək etməyəcəyini bildirirdi.
















