ABŞ Ukraynadan yola düşən ilk taxıl gəmisinin Qara dənizi təhlükəsiz şəkildə keçməsini alqışlayır.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı ABŞ Dövlət katibi Entoni Blinken “Twitter“ hesabında paylaşım edib.
“Biz BMT-nin və Türkiyənin Ukraynanın taxılını ərzaq çatışmazlığından əziyyət çəkənlərə çatdırmaq üçün göstərdiyi səyləri təqdir edirik”, - deyə o bildirib.
















