• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dünyanın qeyri-adi muzeyi bu şəhərdədir

DÜNYA

04 Avqust 2022 | 02:33 | Müəllif: Qalib İbrahimoğlu

Dünyanın qeyri-adi muzeyi bu şəhərdədir

Niderlandın Rotterdam şəhərindəki qeyri-adi memarlıq tikililərindən biri olan Depot Boijmans Van Beuningen çox maraqlı incəsənət nümunəsi sayılır.

Bakıvaxtı.az xəbər verir ki, “MVRDV” layihə bürosu tərəfindən təqdim edilən bina unikallığı ilə seçilir. Burada hər kəs 151 min obyektdən ibarət tam muzey kolleksiyası ilə tanış ola bilər.

Bu kompleksin restoranı və dam örtüyü parkı var: memarlar tikintidən əvvəl bu ərazidə nə qədər ağac olubsa, o qədər də əkiblər.

Bina əsasən müəyyən quruluşa malik 6609 kvadratmetr şüşə, 1664 güzgü panelindən ibarətdir (azərtac). Hündürlüyü 39,5 metr olan dairəvi muzey 15 min kvadratmetr sahəsinə baxmayaraq şəhər mühitinə tam inteqrasiya olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026