• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu aviaşirkətdə ucuz bilet satılmayacaq

DÜNYA

05 Iyul 2022 | 03:18 | Müəllif: Qalib İbrahimoğlu

Bu aviaşirkətdə ucuz bilet satılmayacaq

İrlandiyanın aşağı büdcəli aviaşirkəti Ryanair ucuz biletlər siyasətindən əl çəkdiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki,  bunu Ryanair şirkətinin rəhbəri Maykl Oliri deyib.

Aşağı büdcəli aviabiletlərin qiymətləri hazırkı orta səviyyə olan 40 avrodan 50-60 avroya qaldırılacaq. Ryanair uçuşların qiymətini tədricən artıracaq və bu proses beş ilə qədər vaxtı əhatə edəcək. 

"Mən hər dəfə Londonun Stansted hava limanına uçanda Londonun mərkəzinə qatarla getməyin təyyarə biletindən daha baha olmasını absurd hesab edirəm", - deyə Oliri bildirib.

O qeyd edib ki, biletlərin qiymətinin artmasının əsas səbəbi neftin qiymətinin yüksək olması və ekoloji vergilərin artmasıdır (aviatravel.az). Olirinin bəyanatı aşağı büdcəli aviaşirkətin siyasətində kəskin dəyişiklikdən xəbər verir. Ryanair, baş ofisi Dublində yerləşən İrlandiyanın və Avropanın ən böyük aşağı büdcəli aviaşirkətidir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026