• Bakı C

    9.73 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Böyük Britaniya Azərbaycana investisiya qoyuluşunu azaldıb

İQTİSADİYYAT

30 Dekabr 2024 | 15:15

Böyük Britaniya Azərbaycana investisiya qoyuluşunu azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Böyük Britaniya Azərbaycan iqtisadiyyatına 1 milyard 304,1 milyon ABŞ dolları birbaşa investisiya yatırıb.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % azdır.

Hesabat dövründə Birləşmiş Krallığın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 28,8 % olub.

9 ay ərzində Azərbaycan isə Böyük Britaniya iqtisadiyyatına 87,15 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 26,4 % çoxdur.

Hesabat dövründə Azərbaycanın Birləşmiş Krallığın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 6,3 % təşkil edib.


SON XƏBƏRLƏR

01 Yanvar 2025