Xalq artisti Brilliant Dadaşova müğənni Səidə Dadaşovanın iddiaları ilə bağlı açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, Xalq artisti "Çərçivədən kənar" verilişində bacısını qızının ailə üzvləri tərəfindən qəbul edilməməsi ilə bağlı dediklərini təkzib edib:
"Səidə saf, ürəyiyumşaq qızdır. Ailəyə kənardan kimsə girir və gündəm yaratmaq üçün ailəni idarə edir. Səidənin yaşadığı insan qalmaqalla qidalanan insandır. Səidə deyir ki, anam uşağı görməyib. Külliyən yalandır. Səidənin kilo yarımlıq uşağını atamın bağında bacım Sədaqət ətə-cana gətirdi. Bu günə qədər Səidənin adı gələndə bacım hönkür-hönkür ağılayır. Səidənin "ərim" dediyi adam anasına yaxın buraxmır.
Səidə o qədər yaxşı qızdır ki... Bacım Səidəyə zəng etmişdi ki, sənə gözəl bjuteriyalar almışam. Səidənin yanındakı adam telefonu götürüb bacıma dedi ki, "bizə gəlsən, sənin ayaqlarını qıraram", Sənin anan bu sözdən sonra necə evinə gələ bilər? O adam səni gündəm yaratmaq üçün öyrədir.
Əri iki ay bundan əvvəl Səidənin qabırğasını sındırıb. Səidə 102-yə zəng vurub, yenə onu döyüb. Səidə məcbur deyib ki, stuldan yıxılıb. Səidənin bütün səs yazıları məndədir.
Əgər Səidənin başından bir tük əskik olsa, mən hökumətimizə ərizə yazacam. Qanun var, qayda var".
Bakı 



