• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Britaniya hökuməti Azərbaycanla bağlı sorğunu cavablandırıb

DÜNYA

26 Oktyabr 2021 | 14:37

Britaniya hökuməti Azərbaycanla bağlı sorğunu cavablandırıb

Britaniya Parlamentinin Lordlar Palatasında Britaniya Kraliçasının Azərbaycana təbriki səsləndirilib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycanın Britaniyadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, bir neçə gün öncə Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Qurban Hüseyn Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibəti ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində Britaniyanın hansı addımlar atdığı barədə hökumətə sual ünvanlayıb.

Sualı Britaniya hökuməti adından cavablayan Lord Goldmisth Britaniya Kraliçası İkinci Yelizavetanın ildöünümü münasibəti ilə Azərbaycana təbriklərini çatdırıb. O qeyd edib ki, Britaniya hokuməti Azərbaycanla ikitərəfli əlaqələri daha da möhkəmləndirmək istiqamətində fəaliyyətləri davam etdirir.

Lord Goldmsmith xarici işlər naziri Ceyhun Bayramov və Britaniyanın Avropa qonşuluğu və Amerika region üzrə naziri xanım Vendi Morton arasında baş tutan ən son telefon danışığına istinad edərək, ölkələrimiz arasında xüsusən ticarət və ingilis dilinin tədrisi sahəsində əlaqələrin daha da dərinləşməsi yönündə atılmaqda olan addımları vurğulayıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026