• Bakı 19° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Çexiya prezidenti xəstəxanadan buraxıldı

DÜNYA

25 Noyabr 2021 | 14:12 | Müəllif: Subhan Mahmudov

Çexiya prezidenti xəstəxanadan buraxıldı

Çexiya prezidenti Miloş Zeman 46 gündür müalicə olunduğu Praqa mərkəzi hərbi hospitalından buraxılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, prezident xəstəxanadan çıxdıqdan sonra şəhərkənarı prezident iqamətgahına yollanıb.

M.Zemanın orada Çexiya Demokrat Partiyasının rəhbəri Petr Fialanın baş nazir təyin olunması mərasimində iştirak edəcəyi planlaşdırılır.

Qeyd edək ki, 77 yaşlı Miloş Zeman oktyabrın 10-da xəstəxanaya yerləşdirilmişdi. Ona qaraciyər sirrozu diaqnozu qoyulmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026