• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Bu ölkədə peyvənd olunanlara 300 avro veriləcək

DÜNYA

25 Dekabr 2021 | 13:06 | Müəllif: Subhan Mahmudov

Bu ölkədə peyvənd olunanlara 300 avro veriləcək

Slovakiyanın 60 yaşdan yuxarı sakinləri koronavirusa qarşı peyvənd qarşılığında pul alacaq.

Belə ki, ölkədə peyvəndin iki dozası üçün 200 avro, üç dozası üçün isə 300 avro ödənilməsi barədə qanun qəbul edilib.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, ümumilikdə, dövlət pensiyaçıların maddi həvəsləndirilməsi üçün 279 milyon avro ayırıb.

Qeyd edək ki, noyabrın 22-dən etibarən Slovakiyada koronavirusa qarşı peyvənd olunmamış vətəndaşlar üçün karantin rejimi tətbiq edilib. Onlar restoranlara, ticarət mərkəzlərinə, kütləvi və idman tədbirlərinə gedə bilməzlər. Vaksinasiyadan keçməyənlərə ancaq marketlərə və apteklərə getməyə icazə veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026