• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bu ölkədə quş qripi qayıdır

DÜNYA

24 Yanvar 2022 | 02:27 | Müəllif: Qalib İbrahimoğlu

Bu ölkədə quş qripi qayıdır

Çexiyanın şimal-şərqində Pardubitse şəhəri yaxınlığındakı Lipoltiçe kəndində quş qripinə yoluxma faktları qeydı alınıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Petr Vorliçek bildirib.

Onun sözlərinə görə, yoluxma halları artıq baytar tərəfindən öz təsdiqini tapıb.

Yoluxma Perena quşçuluq fermasında ev ördəklərində aşkarlanıb. Orada saxlanılan 3500 quşdan 380-də virus təsdiqini tapıb. Baytarlar bazar ertəsi qalan quşları məhv edəcəklər.

Mütəxəssislər xəstəliyin ölkənin şimal-şərq bölgəsindəki digər quşçuluq təsərrüfatlarına da keçə biləcəyi barədə xəbərdarlıq ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026